Kəmaləddin Heydərov: “Zəlzələ zonasında 3245 fərdi yaşayış evi, 26 məktəb istifadəyə verilib”

Kəmaləddin Heydərov: “Zəlzələ zonasında 3245 fərdi yaşayış evi, 26 məktəb istifadəyə verilib”
# 16 aprel 2013 14:34 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Zaqatalada fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib.

Nazirin sözlərinə görə, təhvil verilən evlərdən 292-si Qax, 203-ü Balakəndə, 2750-si Zaqataladadır.

K. Heydərov hazırda 1847 qəzalı evin tikintisinin davam etdirildiyini də açıqlayıb.

Nazir bu gün istifadəyə verilən məktəblərlə birlikdə 26 məktəb binasının və 1 uşaq bağçasının istifadəyə verildiyini də qeyd edib.

K. Heydərov deyib ki, qısa müddətdə Zaqatalada daha 8, Qaxda 1, Şəki şəhərində də 1 məktəb binasının tikilib istifadəyə veriləcək.

Nazir onu da bildirib ki, indiyə qədər əhaliyə 17 milyon 734 min manаt yardım paylanılıb, bu vəsait əhaliyə poçt vasitəsilə ödənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR