Avropa İnvestisiya Bankı Şərq-Qərb magistralındakı yenidənqurma işlərinə 30 mln. avro ayırıb

Avropa İnvestisiya Bankı Şərq-Qərb magistralındakı yenidənqurma işlərinə 30 mln. avro ayırıb
# 30 aprel 2015 13:13 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Avropa İnvestisiya Bankı Gürcüstana 30 mln. avro dəyərində kredit ayırıb.

APA-Economics”in verdiyi xəbərə görə, ayrılan kredit Şərq-Qərb magistralının yenilənməsi və yenidən qurulması işlərini davam etdirmək üçün nəzərdə tutulub.

183 km uzunluğundakı əsas yol infrastrukturu paytaxt Tbilisi və ölkənin Qara Dəniz limanlarını Türkiyə və Azərbaycanla birləşdirəcək.

Qeyd edək ki, 2012-ci ildə Avropa İnvestisiya Bankı bu layihəyə 170 mln. avro dəyərində qrant ayırıb.

Layihənin 2017-ci ilin sonuna qədər yekunlaşacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR