İtkin düşmüş şəxslərlə bağlı keçirilən layihə çərçivəsində 400 nəfərdən buqqal nümunə toplanıb

İtkin düşmüş şəxslərlə bağlı keçirilən layihə çərçivəsində 400 nəfərdən buqqal nümunə toplanıb
# 18 noyabr 2014 11:53 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə birgə razılıq əsasında itkin düşmüş şəxslərlə bağlı pilot layihə həyata keçirir. APA-nın məlumatına görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Firudin Sadıqov deyib.

F. Sadıqov bildirib ki, həmin layihə çərçivəsində 400 nəfərdən buqqal nümunə (ağız şirəsi) toplanılıb: “Həmin nümunələr tədqiq olunmaq üçün xarici ölkələrdən birinin laboratoriyasına göndəriləcək. Həmin nümunələrin nəticəsindən asılı olaraq biz fəaliyyətimizi müəyyənləşdirəcəyik. Nümunələrin toplanması, saxlanması adi proses kimi görünə bilər. Ancaq orada çətin məsələlər də var. Adicə buqqal nümunələrin xaricə aparılması, sonra geri qaytarılması böyük bir prosesdir”.

Qeyd edək ki, 2008-ci il 14 aprel tarixində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar vətəndaşlar üzrə Dövlət Komissiyası və Beynəlxalq Qızıl Xaç Komitəsi arasında bağlanan memorandum əsasən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təlim keçmiş könüllüləri itkin düşmüş şəxslərin ailələrinə baş çəkərək ətraflı məlumatlar toplayıblar. Bu məlumatlardan gələcəkdə insan qalıqlarının aşkar edilməsindən sonra şəxsiyyətin müəyyən olunması prosesində istifadə olunacaq. 2010-cu ilin yanvarından həmin ilin dekabrınadək cəmiyyətin 46 könüllüsü Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yaşayan 180, Füzuli, Beyləqan, Gəncə, Mingəçevir şəhərlərində yaşayan 42, Quba, Qusar, Xaçmaz, Dəvəçi, Xızı, Siyəzən, Zaqatala, Balakən, Şəki, Qax, Ucar, Zərdab, Ağdaş, Göyçay, İsmayıllı, Mərəzə, Şamaxı, Hacıqabul, Sabirabad, Saatlı, Masallı, Lənkəran, Yardımlı, Lerik, Biləsuvar, Astara, Cəlilabad, Salyan, İmişli, Qəbələ, Kürdəmir, Ağsu, Neftçala rayonlarında yaşayan 1080 nəfər itkin düşmüş şəxsin ailələrinə baş çəkib. Könüllülər bu ailələrdən itkin düşən şəxslərə aid məlumatları toplayaraq anketlərə qeyd edib və BQXK-ya təqdim edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR