Səhiyyə Nazirliyi Zaqatalada baş vermiş ana və uşaq ölümünü araşdırır

Səhiyyə Nazirliyi Zaqatalada baş vermiş ana və uşaq ölümünü araşdırır
# 12 mart 2013 11:56 (UTC +04:00)

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya açıqlamasında deyib ki, ana və uşaq ölümü məsələsi nazirlik tərəfindən ciddi şəkildə nəzarətə götürülüb və araşdırılır. O bildirib ki, məsələ ilə bağlı son qərar Səhiyyə Nazirliyi yanında yaradılmış Doğuşayardım Komissiyası tərəfindən veriləcək: “Bu məsələnin araşdırılması prosesi bir az vaxt tələb edir. Məsələ ilə əlaqədar bütün müvafiq strukturların rəyi öyrəniləcək. Bundan əlavə, Doğuşayardım Komissiyası tərəfindən ciddi şəkildə araşdırılacaq ki, bu hadisə həkimlərin səhvi nəticəsində baş verib, yoxsa doğrudan da xəstənin səhhətində hansısa problemlər olub. Artıq məsələnin komissiyada araşdırılmasına başlanıb və bütün faktlar öyrənilir. Ana və uşaq ölümünün səbəbi lazımi səviyyədə öyrənilib araşdırıldıqdan sonra Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyası tərəfindən müvafiq qərar veriləcək”.

Qeyd edək ki, Zaqatala şəhər sakini, 1986-cı il təvəllüdlü Sadıyeva Rəşidə Məhəmməd qızı martın 11-də ikinci doğuşla əlaqədar Zaqatala Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsinə daxil olub. Lakin doğuş tam başa çatmamış ana və uşaq dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR