Yunanıstan parlamenti yeni hökumətə etimad göstərib

Yunanıstan parlamenti yeni hökumətə etimad göstərib
# 08 oktyabr 2015 01:39 (UTC +04:00)

Bakı-APA. Yunanıstan parlamentinin üzvləri Aleksis Tsiprasın başçılıq etdiyi hökumətə etimad göstəriblər.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, səsvermədə 299 deputat iştirak edib.

Yeni hökumətin lehinə Radikal Solçu Qüvvələr Koalisiyası (SİRİZA) və Müstəqil yunanlar” partiyasının 155 deputatı səs verib. Digər partiyaların nümayəndələri isə yeni hökumətin əleyhinə səs veriblər.

Qeyd edək ki, Yunanıstan parlamentinin spikeri vəzifəsinə ölkənin sabiq daxili işlər naziri Nikos Vutsis seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR