Bank Of Baku

Ermənistan MSK Karapetyanın blokunu seçki yarışından kənarlaşdırmaqdan imtina edib

Ermənistan MSK Karapetyanın blokunu seçki yarışından kənarlaşdırmaqdan imtina edib
# 06 iyun 2026 02:24 (UTC +04:00)
0:00 / 0:00
80%

Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” blokunun iyunun 7-nə təyin olunmuş parlament seçkilərində iştirak üçün qeydiyyatının ləğvi ilə bağlı müraciəti təmin etməyib.

Ermənistan mediasının məlumatına görə, qərar iyunun 5-də keçirilən növbədənkənar iclasda qəbul olunub.

Müvafiq tələblə MSK-ya məhz “Respublika” Partiyası müraciət etmişdi.

Bundan əvvəl Mərkəzi Seçki Komissiyası “Güclü Ermənistan” blokuna qarşı irəli sürülmüş daha bir vəsatəti də yekdilliklə rədd etmişdi.

Həmin müraciət hüquq-mühafizə orqanlarına seçicilərin ələ alınması ilə əlaqəli olduğu iddia edilən cinayət işləri barədə məlumatların təqdim olunmasını nəzərdə tuturdu.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR