Bank Of Baku

Ermənistan və İran XİN rəhbərləri ikitərəfli razılaşmaların icrasını müzakirə ediblər

Ermənistan və İran XİN rəhbərləri ikitərəfli razılaşmaların icrasını müzakirə ediblər
# 08 oktyabr 2026 21:41 (UTC +04:00)

Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan oktyabrın 8-də İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə telefon danışığı aparıb.

APA xəbər verir ki, Mirzoyan iranlı həmkarına İrana səfəri zamanı göstərdiyi isti qəbula görə təşəkkür edib.

Tərəflər səfər çərçivəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsinin gedişini müzakirə ediblər.

Qeyd edək ki, Mirzoyan oktyabrın 5-də Tehranda Əraqçi ilə görüşüb. Görüşdə Ermənistan-İran münasibətlərinin inkişafı, enerji, nəqliyyat və infrastruktur sahələrində əməkdaşlıq, Ermənistan-İran sərhədində ikinci körpünün tikintisi və üçüncü elektrik ötürücü xəttinin tamamlanması məsələləri müzakirə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR