Botanika İnstitutunda BDU-nun “Botanika” kafedrasının filialı yaradılacaq

Botanika İnstitutunda BDU-nun “Botanika” kafedrasının filialı yaradılacaq
# 07 iyul 2015 15:24 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Botanika İnstitutu ilə Bakı Dövlət Universiteti (BDU) arasında kadr hazırlığı və elmi-tədqiqat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

AMEA-dan APA-ya verilən xəbərə görə, memoranduma əsasən Botanika İnstitutunun nəzdində Bakı Dövlət Universitetinin “Botanika” kafedrasının filialı yaradılacaq.

Elm və təhsilin istehsalata inteqrasiyasını gücləndirmək məqsədi ilə yaradılan filial BDU-nun tələbə, magistrant və doktorantlarında tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki bilik, bacarıq və vərdişlərin formalaşdırılmasında böyük rol oynayacaq.

Əməkdaşlıq çərçivəsində botanika elmində olan yeniliklər və innovasiyaların tədris prosesinə tətbiqi, müvafiq ixtisas sahələri üzrə aparıcı mütəxəssislərin tədris prossesinə cəlb edilməsi və birgə elmi tədqiqat işlərinin aparılması həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR