“Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na dəyişiklik edilib

“Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na dəyişiklik edilib
# 02 aprel 2013 08:46 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Nazirlər Kabineti (NK) "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"na dəyişiklik edib. NK-dan APA-ya verilən məlumata görə, dəyişiklik "Dövlət rüsumu haqqında" qanunda dəyişikliklər edilməsi barədə" qanunun tətbiqi haqqında" ölkə prezidentinin sərəncamının icrasını təmin etmək məqsədilə edilib.

Dəyişikliyə əsasən "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 1.9-cu bəndinin üçüncü abzası –(“Doğumun, ölümün, övladlığa götürülmənin və atalığın müəyyən edilməsinin qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu ödənilmir”) ləğv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR