“Nabat” bədii filmi Fəcr Beynəlxalq Film Festivalında nümayiş olunacaq

“Nabat” bədii filmi Fəcr Beynəlxalq Film Festivalında nümayiş olunacaq
# 15 aprel 2015 10:22 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Elçin Musaoğlunun “Nabat” tammetrajlı bədii filmi aprelin 24-dən mayın 2-dək Tehranda keçiriləcək 33-cü Fəcr Beynəlxalq Film Festivalında nümayiş olunacaq.

C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından APA-ya verilən məlumata görə, “Nabat” bu il 300-dən artıq filmin göndərildiyi festivalın “East Panorama” müsabiqə proqramında yer alıb.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında 2014-cü ildə lentə alınan filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.

Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR