“Expressbank” “Hədiyyəli pul köçürmələri” aksiyasını davam etdirir - FOTO

“Expressbank” “Hədiyyəli pul köçürmələri” aksiyasını davam etdirir - <span style="color: red;">FOTO
# 10 aprel 2015 07:47 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Expressbank” “Zolotaya Korona” təcili pul köçürmə sistemi ilə birgə “Hədiyyəli pul köçürmələri” adlı aksiyası davam edir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, aksiya çərçivəsində bir neçə müştəri qiymətli hədiyyələr qazanıb.

Aksiyanın şərtlərinə görə “Expressbank” filiallarında bu sistemlə ən çox pul göndərənlər (maksimum 200 000 manat) planşet, minimum 100 manat olmaqla ən çox köçürmə edənlər isə (maksimum 100 köçürmə) smartfon qazana biləcəklər.

Aksiya 31 may 2015-ci il tarixədək davam edəcək.

Qeyd edək ki, pul göndərən və ya alan müştərilərə həmçinin Pul Kart bank kartı hədiyyə olunur. Bu karta hər təcili pul köçürmə məbləğindən asılı olaraq pul şəklində bonuslar hesablanır.

“Expressbank”ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 6500-dək POS-terminal və 200-dək “ExpressPay” ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR