ABŞ Almaniya kəşfiyyatının vasitəsi ilə minlərlə siyasətçiyə qarşı casusluq edib

ABŞ Almaniya kəşfiyyatının vasitəsi ilə minlərlə siyasətçiyə qarşı casusluq edib
# 24 aprel 2015 05:31 (UTC +04:00)

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Spiegel Online nəşri məlumat yayıb.

Məlumata görə, MTA aralarında avropalı siyasətçilərin və Aİ-nin kommunikasiya şirkətlərinin olduğu obyektlərə qarşı elektron müşahidənin aparılması üçün məqsədyönlü şəkildə FKX-ya müəyyən məlumatlar (IP-ünvanlar və s.) təqdim edib. Obyektlərin sırasında EADS konserninin və “Eurocopter” helikopter istehsalı müəssisələri kimi strateji əhəmiyyətli şirkətlərin olduğu bildirilir.

Spiegel Online qeyd edir ki, MTA-dan müşahidənin aparılması ilə bağlı daxil olan sorğulardan təxminən 40 mini Almaniya və ya Avropa qanunvericiliyinə zidd olub.

2008-ci ildən FKX əməkdaşları MTA-nın sorğularının heç də Almaniya kəşfiyyatının və ölkənin maraqlarına cavab vermədiyinə diqqət yetirməyə başlayıblar. Daxili yoxlamanın aparılmasına baxmayaraq FKX bilmədən ABŞ kəşfiyyatına məxfi məlumatların ötürülməsi barədə xüsusi xidmət orqanlarının fəaliyyətini əlaqələndirən Federal Kansler İdarəsini məlumatlandırmayıb. Məsələni ört-basdır etməyə çalışan FKX rəhbərliyi sadəcə ABŞ-dan gələcəkdə bu tip sorğular göndərməməyi xahiş edib.

MTA-nın sui-istifadə hallarını təsdiqləyən yeni faktlarla bağlı Almaniyada hakim koalisiya və müxalifət partiyalarının nümayəndələri qəti etirazını bildiriblər. İnsidentlə bağlı Solçular Partiyası dövlətə xəyanətin baş verdiyini iddia edərək FKX rəhbəri Qerhard Şindlerin istefaya göndərilməsini tələb edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR