SOCAR prezidenti: “Avropa Oyunları ilə əlaqədar daxili tələbatı ödəmək üçün neft məhsullarının ixracını azaltmışıq”

SOCAR prezidenti: “Avropa Oyunları ilə əlaqədar daxili tələbatı ödəmək üçün neft məhsullarının ixracını azaltmışıq”
# 03 iyun 2015 10:50 (UTC +04:00)

APA-Economics”in xəbərinə görə, SOCAR prezidenti deyib ki, I Avropa Oyunları ilə əlaqədar ölkənin yanacağa olan tələbatını tam ödəmək məqsədilə ötən ay neft məhsullarının ixracı azaldılıb: “Biz neft məhsullarının ixracını dayandırmamışıq. Sadəcə olaraq ixracı bir az azaltmışıq. Bilirsiniz ki, qarşıdan Avropa Oyunları gəlir. Buna görə də yanacağa böyük tələbat var. O tələbatı tam ödəmək üçün neft məhsullarının ixracını bir az azaltdıq ki, anbarlarda yanacağımız bol olsun. Bu, imkan verəcək ki, daxili bazarın tələbatını tam ödəyək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR