Baş Prokurorluq və Milli Məclis deputat köməkçisinin həbsi barədə yayılan məlumatlara münasibət bildirib - YENİLƏNİB

Baş Prokurorluq və Milli Məclis deputat köməkçisinin həbsi barədə yayılan məlumatlara münasibət bildirib - <span style="color: red;">YENİLƏNİB
# 01 may 2013 14:24 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Baş Prokurorluq millət vəkili Etibar Hüseynovun köməkçisinin həbs edilməsi barədə mətbuatda yayılan informasiyalara münasibət bildirib. Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya deyib ki, bu barədə bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlar həqiqəti əks etdirmir: “Bu məlumatlar tərəfimizdən təkzib olunur”.

Qeyd edək ki, bu gün bəzi KİV-də deputat Etibar Hüseynovun köməkçisi İlqar adlı şəxsin Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilməsi barədə məlumatlar yayılıb.

Milli Məclisdən də məsələyə münasibət bildirilib. MM-in mətbuat katibi Akif Təvəkküloğlu APA-ya açıqlamasında deyib ki, deputat Etibar Hüseynovun İlqar adlı köməkçisi yoxdur və yayılan məlumatlar əsassızdır. Mətbuat katibinin sözlərinə görə, deputatın köməkçisi Heydər Nuruşovdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR