Kürdəmirdə avtomobil beton dirəyə çırpılıb, xəsarət alanlar var

Kürdəmirdə avtomobil beton dirəyə çırpılıb, xəsarət alanlar var
# 13 iyun 2016 09:32 (UTC +04:00)

Kürdəmir. Zahid Abışov - APA. Kürdəmirdə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nin yerli bürosunun xəbərinə görə, qəza bu gün Bakı-Qazax əsas magistral yolunun Kürdəmir rayonunun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Əhliyar İsa oğlu Haqverdiyev idarə etdiyi "Nissan" markalı minik maşını ilə Gəncə istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Avtomobilin yol kənarındakı beton dirəyə çırpılması nəticəsində sürücünün qardaşı, 1972-ci il təvəllüdlü Sədiyar İsa oğlu Haqverdiyev və 1964-ci il təvəllüdlü İradə Zümraqil qızı Zərqəliyeva xəsarətlər alıblar. Onlar Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR