Bank Of Baku

Sumqayıtda ağır şəraitdə yaşayan məcburi köçkün ailələri üçün yaşayış kompleksi tikilir

Sumqayıtda ağır şəraitdə yaşayan məcburi köçkün ailələri üçün yaşayış kompleksi tikilir
# 21 iyun 2018 16:15 (UTC +04:00)

Sumqayıt şəhərində  yataqxanalarda və digər obyektlərdə ağır şəraitdə yaşayan 2900 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti işləri aparılır.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, bu məqsədlə Abşeron rayonu ərazisindən Komitəyə ayrılmış 50,0 ha torpaq sahəsində,  birinci mərhələdə, daha ağır şəraitdə yaşayan 1000 ailə üçün  24 ədəd 7 mərtəbəli binadan ibarət yaşayış kompleksi inşa edilir.

 

Kompleksə 792 şagird yerlik məktəb binası, 140 yerlik uşaq bağçası,  ikimərtəbəli inzibati bina ( yerli icra strukturları, mənzil-istismar xidməti və s. üçün), həkim məntəqəsi, klub-icma mərkəzi və ATS binası da daxildir.  Burada aparılan tikinti  işlərinin 2018-ci ilin dekabr ayında başa çatdırılması nəzərdə tutulub.


 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR