Polis rəisini bıçaqlamaqda təqsirləndirilənlərin apellyasiya məhkəməsi başlayıb

Polis rəisini bıçaqlamaqda təqsirləndirilənlərin apellyasiya məhkəməsi başlayıb
# 23 iyun 2016 07:51 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində polis bölməsinin rəisini bıçaqlamaqda və digər cinayətlərdə təqsirləndirilən şəxslərin apellyasiya şikayətləri üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, ilkin baxış iclasında onların anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası iyunun 29-na təyin edilib.

Onlar şikayətlərində cəzalarının azaldılmasını istəyiblər.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ələkbər Qəhrəmanov 9 il, Ceyhun Niftəliyev 6 il 6 ay, Anar Əliyev və Nurlan Həsənov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Onlar Binəqədi rayon 5-ci polis bölməsinin rəisi Anar Şıxəliyevə qarşı xuliqanlıq cinayəti törətməkdə və onu bıçaqlamaqda ittiham olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR