Musiqili Teatrda “Baladadaşın toy hamamı” komediyasının premyerası keçiriləcək

Musiqili Teatrda “Baladadaşın toy hamamı” komediyasının premyerası keçiriləcək
# 19 oktyabr 2015 16:09 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Dövlət Musiqili Teatrında xalq yazıçısı Elçinin “Baladadaşın toy hamamı” komediyasının premyerası keçiriləcək. Teatrın mətbuat katibi Samir Sədaqətoğlunun APA-ya verdiyi məlumata görə, məşq prosesində olan tamaşanın quruluşçu-rejissoru, xalq artisti Cənnət Səlimova səhnə əsərində teatrla kinonun sintezini ərsəyə gətirməyə çalışıb.

Səhnə əsərinin bəstəkarı Firudin Allahverdi, dirijoru Fəxrəddin Atayev, quruluşçu-dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı xalq rəssamı Tahir Tahirov, baletmeystrləri Yelena və Zakir Ağayevlərdir.

Tamaşada səslənəcək mahnıların sözləri Vüqar Əbdülova məxsusdur.

Əsas obrazları xalq artistləri Fatma Mahmudova, Ramiz Məmmədov, əməkdar artistlər Novruz Qartal, Səidə Şərifəliyeva, Çingiz Əhmədov, Nahidə Orucova, Əkbər Əlizadə, Emma Məlikova, aktyorlar Əmrah Dadaşov, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Elçin İmanov və başqaları ifa edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR