Bank Of Baku

Şamaxı-Pirqulu-Dəmirçi yolu torpaq sürüşməsi nəticəsində dağılıb

Şamaxı-Pirqulu-Dəmirçi yolu torpaq sürüşməsi nəticəsində dağılıb
# 18 aprel 2018 16:27 (UTC +04:00)

Şamaxı rayonunda daha bir ərazidə torpaq sürüşməsi baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, son günlər havaların yağıntılı keçməsi nəticəsində Şamaxı-Pirqulu-Dəmirçi avtomobil yolunun asfalt örtüyündə iri çatlar və çökmələr əmələ gəlib, təhlükəli vəziyyət yaranıb. Pirqulu-Dəmirçi yolunun 3-cü kilometrliyində asfalt örtüyü ortadan bölünərək iki hissəyə ayrılıb.

 

Üç kəndi birləşdirən bu yolda ilk dəfədir ki, torpaq sürüşməsi baş verib. Pirqulu-Dəmirçi yolu rayon mərkəzində 22 km aralıda yerləşir. Torpaq sürüşməsi yolun 3 hissəsində qeydə alınıb. Yerli sakinlərin sözlərinə görə, çatlar hər gün genişlənir, çökmələr böyüyür. Sürüşmə belə davam edərsə yolda avtomobillərin hərəkətində çətinlik yarana bilər.

 

Qeyd edək ki, turizm əhəmiyyətli Pirqulu-Dəmirçi yolu yenidən qurularaq istifadəyə verilib. Bu yol həm də yeni çəkilməkdə olan Dəmirçi-Lahıc yoluna birləşir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR