Azərbaycanda bank aktivləri son bir ildə 24% artıb

Azərbaycanda bank aktivləri son bir ildə 24% artıb
# 03 noyabr 2014 08:25 (UTC +04:00)

Bakı. Musa Əhmədov– APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu aktivləri son bir ildə 4 586,9 mln. manat və ya 24,24% artaraq 2014-cü il oktyabrın 1-nə 23,506 mlrd. manata çatıb.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu ilin sentyabr ayı ərzində aktivlərin həcmi 41,08 mln. manat və ya 0,17% azalıb.

Bank aktivlərinin tərkibində əsas yeri əvvəlki dövrlərdəki kimi müştərilərə verilən kreditlər tutur. Belə ki, hesabat dövründə bu kreditlərin həcmi 16 311 mln. manat və ya ümumi aktivlərin 69,4%-ni təşkil edir. Bundan başqa, aktivlərin tərkibində 2 007,4 mln. manat həcmində olan investisiyalar, 1 406,2 mln. manat həcmində olan müxbir hesabları, 933,8 mln. həcmində nağd vəsaitlər, 968,4 mln. manat həcmində maliyyə sektoruna verilən kredit və depozitlər və 1 879,1 mln. manat həcmində digər aktivlər tutur.

Passivlərin strukturunda isə 10 082,2 mln. manat depozitlər, 8 045,2 mln. manat maliyyə sektorundan cəlb edilən kredit və depozitlər, 1 586,4 mln. manat digər öhdəliklərin payına düşür. Passivlərin tərkibində kapitalın həcmi 3 792 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR