ABŞ-da yüngül motorlu təyyarə qəzaya uğrayıb, 4 nəfər ölüb

ABŞ-da yüngül motorlu təyyarə qəzaya uğrayıb, 4 nəfər ölüb
# 03 oktyabr 2015 01:34 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Cənubi Karolina ştatında yüngül motorlu “Piper PA-32” təyyarəsi qəzaya uğrayıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə təyyarənin göyərtəsində olan 4 nəfər ölüb.

Təyyarənin naməlum səbəbdən gölə düşdüyü bildirilir. ABŞ Federal Mülki Aviasiya İdarəsi (FAA) və Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) mütəxəssisləri hadisə yerinə cəlb olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR