Bakıda yollardan birində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Bakıda yollardan birində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
# 23 avqust 2014 12:02 (UTC +04:00)

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin “APA-Economics”ə verdiyi məlumata görə, avqustun 24-dən 25-nə keçən gecə saat 00.00-dan Bakı Dairəvi avtomobil yolunun Beynəlxalq Avtovağzal adlanan ərazisindən Sədərək dairəsinə, yəni yolun 8-ci km hissəsinə qədər hərəkət tamamilə məhdudlaşdırılacaq.

Onun sözlərinə görə, avtomobillərin hərəkətinə məhdudiyyətlərin qoyulmasına səbəb yolda asfalt-beton örtüyünün aşınma qatının yenilənməsidir: “Sürücülər alternativ olaraq Xocahəsən-Lökbatan yolu ilə Bakı Dairəvi avtomobil yolunun 8-ci kilometrinə çıxmaqla, oradan istər Astara, istərsə də Qazax istiqamətində normal hərəkət edə bilərlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR