"Brexit" öncəsi funt iki aylıq maksimumu yeniləyib

"Brexit" öncəsi funt iki aylıq maksimumu yeniləyib
# 21 iyun 2016 11:41 (UTC +04:00)

Bakı - APA-Economics. Böyük Britaniyanın Avropa İttifaqının tərkibində qalması ilə bağlı ehtimalların artması funt sterlinqi dollara nisbətən bahalaşdırır.

"APA-Economics" xəbər verir ki, GBP/USD məzənnəsi 0,28% möhkəmlənərək 1,1347 səviyyəsində müəyyənləşib. Bu, may ayının 3-dən etibarən maksimumdur.

"Daily Telegraph" qəzetinin sifarişi ilə keçirilən sorğunun nəticələrinə əsasən Böyük Britaniya əhalisinin 53%-i Avropa İttifaqının tərkibində qalmağının tərəfdarıdır.

"Times" qəzetinin sifarişi əsasında keçirilən sorğunun nəticələrinə görə isə, Avropa İttifaqından çıxmaq istəyən britaniyalıların sayı 44%, qalmaq istəyənlərin sayı isə 42%-dir.

İnvestorlar isə ehtiyatlı davranmağa üstünlük verir. Qeyd edək ki, Böyük Britaniyanın Avropa İttifaqından qalıb-qalmaması ilə bağlı referendum ("Brexit") iyunun 23-də baş tutacaq.

Əlavə edək ki, funt sterlinq Yaponiya yeninə qarşı 0,63% möhkəmlənib. Hazırda GBP/JPY məzənnəsi 153,63 səviyyəsindədir.

Təbii olaraq, Böyük Britaniyanın milli valyutası avroya qarşı zəifləyib. Belə ki, EUR/GBP məzənnəsi 0,12% möhkəmlənərək 0,7707 səviyyəsində müəyyən olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR