“Parabank” nizamnamə kapitalını kəskin artırıb

“Parabank” nizamnamə kapitalını kəskin artırıb
# 23 oktyabr 2014 09:48 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Oktyabrın 3-də "Parabank" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağında qəbul edilən qərara əsasən Bankın nizamnamə kapitalı 50 mln. manata çatdırıldı.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bundan öncə 26 avqust tarixində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Parabank”ın hər birinin nominal dəyəri 200 manat olan 100 000 ədəd adi səhmlərinin emissiyası qeydiyyata alınıb. Emissiya başa çatdıqda bank 20 mln. manat kapital cəlb etməyə müyəssər olacağı gözlənilirdi.

Bankın audit hesabatlarına nəzər saldıqda görürük ki, son 3 il ərzində bankın nizamnamə kapitalı 11,57 mln. manat olub.

2014-cü ilin II rübünə olan maliyyə göstəricilərinə əsasən bankın məcmu kapitalı 21 mln. 662 min manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR