Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan aviasiya tarixinə aid unikal sənədlə bağlı araşdırmalar aparılır - FOTO

Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan aviasiya tarixinə aid unikal sənədlə bağlı araşdırmalar aparılır - <span style="color: red;">FOTO
# 05 fevral 2013 11:31 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr Fondunda Azərbaycan aviasiya tarixinə aid unikal sənədlə bağlı araşdırmalar aparılır.

Muzeydən APA-ya verilən xəbərə görə, bu sənəd ötən əsrin əvvəllərində alınmış təyyarəçi patentidir: “İndiyədək adı Azərbaycan tarixində az məlum olan Əli Verdiyevin şəxsi sənədləri sırasında 1916-cı ildə ona verilmiş təyyarəçi patenti vacib yer tutur. Patentdən məlum olur ki, 1891-ci ilin yanvarın 1-də Yelizavetpol (indiki Gəncə) şəhərində anadan olmuş Əli Verdiyev 1916-cı ildə Parisdə aviasiya məktəbini bitirib. Beynəlxalq Aeronavtika Federasiyasının Paris bölməsi tərəfindən verilən aviasiya patentinə əsasən, Əli Verdiyev 1916-cı il iyunun 22-də “pilot-aviator” normativlərini tam yerinə yetirərək bu ada layiq görülüb. Bu patentin mövcudluğu Azərbaycan aviasiya tarixinə yeni şəxsiyyətin adını yazmağa tam əsas verir”.

Muzeydə qorunan digər fotoşəkillərdən aydın olur ki, 1912-ci ildə Varşavada təhsil alan Ə.Verdiyev sonralar Parisə yollanıb, ehtimal ki, 1923-cü ilədək xaricdə olub, sonralar vətənə qayıdıb. Hazırda bu şəxsiyyətin həyat və fəaliyyətini araşdırmaq istiqamətində Muzeydə tədqiqatlar davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR