Rusiya ATƏT-in Daimi Şurasında DTİHB-nin iş metodologiyası ilə bağlı məsələ qaldıracaq

Rusiya ATƏT-in Daimi Şurasında DTİHB-nin iş metodologiyası ilə bağlı məsələ qaldıracaq
# 16 sentyabr 2015 12:23 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Federasiyasının ATƏT-dəki səlahiyyətli nümayəndəsi Aleksandr Lukaşeviç deyib. O xatırladıb ki, Azərbaycan hökuməti təklif olunan müşahidəçilərin sayının çox olduğunu əsas gətirərək öz variantını təklif edib: “Lakin DTİHB barışmaz mövqe tutdu və nəticədə Azərbaycandakı seçkilərin monitorinqini ləğv etdi. Ona görə də Daimi Şurada ATƏT-in bu institutunun elektoral sferada iş metodologiyası ilə bağlı ciddi söhbət aparılacaq”.

Qeyd edək ki, sentyabrın 11-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda qarşıdan gələn parlament seçkilərini müşahidə etməyəcəyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR