Rusiya “T-90C” tanklarının Azərbaycana tədarükünü başa çatdırıb

Rusiya “T-90C” tanklarının Azərbaycana tədarükünü başa çatdırıb
# 16 iyun 2016 23:58 (UTC +04:00)

Bakı-APA. Rusiya “T-90C” tanklarının Azərbaycana tədarükünə dair öhdəliklərini tam olaraq yerinə yetirib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə ötən gün jurnalistlərə “Uralvaqonzavod” korporasiyasının baş direktoru Oleq Siyenko bildirib.

“Tam olaraq yerinə yetirmişik, tədarüklər başa çatdırılıb”, - deyə Siyenko Sankt Petrburq Beynəlxalq İqtisadi Forumda müvafiq suala cavab olaraq bildirib.

Bundan əvvəl Rusiya istehsalı “PDM-3” piyadaların döyüş maşınlarının Azərbaycana tədarükünün 2016-cı ildə başa çatdırılacağı barədə məlumat yayılmışdı.

Rusiya və Azərbaycan arasında 2010-cu ildə silah və texnikanın tədarükünə dair razılıq əldə olunub. “Rosoboroneksport”dan 1 mlrd. dollar dəyərində olan bu sazişlər paketinin 2017-ci ildə icra olunacağı bildirilmişdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR