Bank Of Baku

Ötən il Travmatologiya və Ortopediya İnstitutuna avtoqəza ilə bağlı 960 nəfər aparılıb

Ötən il Travmatologiya və Ortopediya İnstitutuna avtoqəza ilə bağlı 960 nəfər aparılıb
# 20 aprel 2018 08:02 (UTC +04:00)

"Oynaq cərrahiyyəsi ilə bağlı Azərbaycan səhiyyəsində çox ciddi addımlar atılır".


APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru İlqar Qasımov deyib.


O bildirib ki, 2017-ci ilin sentyabr ayından indiyə kimi institutda 300-dən çox süni oynaq və bud-çanaq əməliyyatı icra edilib. İ. Qasımovun sözlərinə görə, instituta avtoqəza ilə bağlı müraciətlər daha çox daxil olur: "Avtoqəzalar çox ciddi problemlərə, əlilliyə gətirib çıxarır. İl ərzində 50 mindən çox insan ambulator qaydada müraciət edir, 2000-ə qədər isə əməliyyat icra olunur. Ötən il 960 xəstə avtoqəza nəticəsində instituta gətirilib".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR