Bakıda 20 nəfərə qarşı quldurluq edən kriminal dəstə tutulub

Bakıda 20 nəfərə qarşı quldurluq edən kriminal dəstə tutulub
# 11 noyabr 2014 12:18 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda quldurluq törədən şəxslər tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşları Rəhman Məmmədov, Muxtar Rəhimov və Samir Yadigarovu saxlayıblar.

Aparılmış əməliyyat tədbirləri nəticəsində onların ötən ilin dekabrından bu ilin oktyabr ayınadək Bakı şəhərində yaşayan 20 şəxsə qarşı, o cümlədən onlara məxsus mənzillərdən, avtomobillərdən, mağazalardan quldurluq və soyğunçuluq yolu ilə pul, sənəd, mobil telefon, ərzaq məhsulları və danışıq kartları aparmaları müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR