Ukrayna dinc sakinləri Donetsk və Luqansk şəhərlərini tərk etməyə çağırıb

Ukrayna dinc sakinləri Donetsk və Luqansk şəhərlərini tərk etməyə çağırıb
# 11 avqust 2014 17:43 (UTC +04:00)

APA-nın UNİAN agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının spikeri Andrey Lısenko bəyan edib.

“Biz Donetsk və Luqansk şəhərlərini azad etmək üzrəyik. Bu səbəbdən dinc sakinlərin müvəqqəti olaraq bu şəhərləri tərk etməsi məqsədəuyğundur”, deyə Lısenko bildirib.

Lısenko əhalinin şəhərdən çıxarılması üçün “humanitar koridorların”ın yaradıldığını və nəqliyyat vasitələrinin ayrılacağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR