Rəşadət Axundov və Üzeyir Məmmədlinin apellyasiya şikayəti təmin olunmayıb - YENİLƏNİB

Rəşadət Axundov və Üzeyir Məmmədlinin apellyasiya şikayəti təmin olunmayıb - <span style="color: red;">YENİLƏNİB
# 04 aprel 2013 12:46 (UTC +04:00)

Bu barədə APA-ya vəkil Namiq Hacıyev məlumat verib.

N.Hacıyev prosesdə məhkəmə qərarının elan olunduğunu bildirib. Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, apellyasiya şikayəti R.Axundovun barəsində seçilmiş həbs-qətimkan tədbiri barədə qərardan verilib. Şikayətdə həmin qərarın ləğv edilməsi və onun azadlığa buraxılması tələb olunub.

Xatırladaq ki, “Nida” Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Rəşadət Axundova qarşı Cinayət Məcəlləsinin 228.3-cü (qanunsuz olaraq partlayıcı maddələr və qurğular əldə etmə, hazırlama, daşıma və gəzdirmə) maddəsi ilə ittiham irəli sürülüb. R.Axundovun barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

* * *

Bakı. Fuad Cəfərov - APA. Bakı Apellyasiya Məhkəməsində “Nida” Vətəndaş Hərəkatı İdarə Heyətinin həbsdə olan üzvü Üzeyir Məmmədlinin apellyasiya şikayətinə baxılıb. Bu barədə APA-ya vəkil Fəxrəddin Mehdiyev məlumat verib.

F.Mehdiyev prosesdə məhkəmə qərarının elan olunduğunu bildirib. Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, apellyasiya şikayəti Ü.Məmmədli barəsində seçilmiş həbs-qətimkan tədbiri barədə qərardan verilib. Şikayətdə həmin qərarın ləğv edilməsi və onun azadlığa buraxılması tələb olunub.

Xatırladaq ki, “Nida” Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Ü.Məmmədliyə qarşı Cinayət Məcəlləsinin 228.3-cü (qanunsuz olaraq partlayıcı maddələr və qurğular əldə etmə, hazırlama, daşıma və gəzdirmə) maddəsi ilə ittiham irəli sürülüb. Ü.Məmmədli barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR