ABŞ-da 18 nəfər kredit kartlarından 200 milyon dollar oğurlamaqda ittiham olunur

 ABŞ-da 18 nəfər kredit kartlarından 200 milyon dollar oğurlamaqda ittiham olunur
# 06 fevral 2013 02:33 (UTC +04:00)

Bakı-APA. ABŞ-da bir qrup şəxsə qarşı beynəlxalq fırıldaqçılıq yolu ilə kredit kartlarından istifadə etməklə 200 milyon dollardan çox vəsait oğurlamaqda ittiham irəli sürülüb. APA-nın məlumatına görə, bu barədə “RBK” “Assoşieyted Press”ə istinadən xəbər verir.

Məlumata görə, cinayətkarlar 2003-cü ildən başlayaraq 1800 müxtəlif ünvanlardan istifadə edərək minlərlə saxta şəxsiyyət vəsiqəsi düzəldiblər və bunun əsasında 25 minədək kredit kartı əldə ediblər. Cinayətkar qrup həmçinin bir sıra uydurma şirkət yaradaraq, saxta maliyyə hesabatları təqdim ediblər. Bu yolla ABŞ-ın 28 ştatında əldə olunan vəsaitlər Pakistanda, Hindistanda, BƏƏ-də, Kanadada, Rumıniyada, Çində və Yaponiyada açılmış hesablara köçürülüb.

İttiham 18 nəfərə qarşı irəli sürülüb, onlardan 13 nəfər barəsində həbs qəti-imkan tədbiri seçilib. Rəsmi şəxslərin məlumatına görə, zərərin məbləği hələ də hesablanır və ilkin olaraq elan olunmuş məbləğdən qat-qat çox olacağı istisna olunmur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR