“Azər-Türk Bank” kreditin rəsmiləşdirilməsi proseduralarını daha da sürətləndirib

“Azər-Türk Bank” kreditin rəsmiləşdirilməsi proseduralarını daha da sürətləndirib
# 13 noyabr 2015 09:13 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Azər-Türk Bank”da kreditin rəsmiləşdirilməsi proseduraları daha da sürətləndirilib.

Bakdan “APA-Economics”ə verilən məlumata görə, müştərilərin vaxtına dəyər verən bank kreditlərin rəsmiləşdirilməsində vaxta qənaət üçün yeni imkan yaradıb.

“Azər-Türk Bank”la Elektron Hökumət portalının operatoru - Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi arasında bağlanmış müqavilə çərçivəsində tətbiq olunan - “Elektron arayış”dan istifadə etməklə indi əlavə zaman sərfinə yol vermədən real vaxt rejimində də kredit almaq olar.

Müştərilər www.e-gov.az saytındakı “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” xidməti vasitəsilə iş yeri, əmək haqqı və digər məlumatları özündə əks etdirən elektron arayışı tərtib edərək, banka getmədən, onlayn şəkildə “Azər-Türk Bank”ın istənilən filialına göndərə bilərlər.

Elektron Hökumət portalına sadələşdirilmiş kod parolla yanaşı, elektron imza sertifikatı, “ASAN imza” və portal tərəfindən təqdim olunan istənilən eyniləşdirmə vasitələri ilə də daxil olmaq mümkündür.

Qeyd edək ki, 1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75%-i Azərbaycan dövlətinə məxsusdur. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatlar www.azerturkbank.az saytından, bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR