Sabunçuda 32 yaşlı kişi bıçaqlanıb - VİDEO

Sabunçuda 32 yaşlı kişi bıçaqlanıb - <span style="color: red;">VİDEO
# 18 dekabr 2014 04:18 (UTC +04:00)

APA -nin məlumatına görə, 32 yaşlı paytaxt sakini naməlum şəxs tərəfindən bıçaqlanıb. Hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Adil Əlibabayev küçəsi 2 saylı binanın həyətində baş verib. Bıçaq xəsarəti alan 32 yaşlı Elvin Yaşar Oğlu Mahmudov ailə üzvləri tərəfindən 3 saylı Şəhər Klinik Xəstəxanası çatdırılıb. Yaralı əməliyyat olunduqdan sonra palataya yerləşdirilib.

Hadisə barədə Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinə məlumat verilib. Polis əməkdaşları Elvin Mahmudovun izahatını alıblar. Zərərçəkən bıçaqlandığını bildirsə də, tibbi ekspertizadan sonra onun başına gələn hadisəyə hüquqi qiymət veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR