Bank Of Baku

KİV: Putin Çinə nüvə çantası ilə gedib - VİDEO

KİV: Putin Çinə nüvə çantası ilə gedib - VİDEO
# 18 noyabr 2026 18:03 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Çinə səfəri zamanı özü ilə strateji nüvə qüvvələrinin idarə olunması üçün nəzərdə tutulan nüvə çantasını da aparıb.

APA xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Məlumata görə, Putini müşayiət edən adyutant jurnalistlərə onun daşıdığı çantanın məhz Rusiyanın strateji nüvə qüvvələrini idarə etmək üçün nəzərdə tutulan xüsusi çamadan olduğunu təsdiqləyib.

Qeyd edək ki, Rusiyada “Çeqet” adlandırılan nüvə çantası ölkənin strateji nüvə qüvvələrinin idarəetmə sisteminin bir hissəsidir. Bu sistem ali rəhbərliyə nüvə silahından istifadə ilə bağlı əmrlərin ötürülməsi imkanını verir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR