Bank Of Baku

Kreml Tokayevin Rusiyanın TDT-yə qoşulmaq təklifinə cavab verib

Kreml Tokayevin Rusiyanın TDT-yə qoşulmaq təklifinə cavab verib
# 02 noyabr 2026 13:59 (UTC +04:00)

Rusiya hələ Türk Dövlətləri Təşkilatına qoşulmaq üçün rəsmi dəvət almayıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

O, Rusiyanın Türk Dövlətləri Təşkilatında iştirakını məqsədəuyğun hesab edib.

"Başa düşdüyüm qədəri ilə rəsmi dəvət olmayıb, amma buna baxmayaraq, əlbəttə ki, bu mövzu, o cümlədən Astana ilə, Astanadan olan dostlarımızla əlaqələrimizin gündəliyində mütləq olacaq. Rusiyanın Türk Dövlətlərinin Təşkilatında iştirakına gəldikdə, bilirsiniz ki, Rusiyada xalqları tarixən türk olan bir sıra regionlar var. Ona görə də, əlbəttə ki, bu, tamamilə başa düşülən və məqsədəuyğun olardı. Məhz ayrı-ayrı Rusiya regionlarının deyil, bütövlükdə Rusiya Federasiyasının iştirakı", - Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev TDT-nin Ankarada keçirilmiş sammitində Rusiyanın təşkilata üzv və ya müşahidəçi qismində qatılmasını təklif edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR