Bakıda taksi sürücüsünə qarşı quldurluq edilib

Bakıda taksi sürücüsünə qarşı quldurluq edilib
# 10 iyul 2015 10:18 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda quldurluq hadisəsi baş verib.

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsində APA-ya verilən məlumata görə, hadisə Bəşir Bünyadov küçəsində qeydə alınıb.

İki nəfər naməlum şəxs taksi fəaliyyəti ilə məşğul olan Ağdam rayon sakini, 1954-cü il təvəllüdlü Orduxan Həbib oğlu Cəfərov idarə etdiyi “Daewoo” markalı avtomobildə onu bıçaqla hədələyərək maşını əlindən alıblar.

Hazırda faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR