İraqın sabiq XİN başçısı Tarik Əziz vəfat edib - VİDEO

İraqın sabiq XİN başçısı Tarik Əziz vəfat edib - <span style="color: red;">VİDEO
# 05 iyun 2015 18:30 (UTC +04:00)

Bakı-APA. İraqda Səddam Hüseynin “sağ əli” hesab edilən, uzun illər ölkənin xarici işlər naziri vəzifəsində çalışmış 79 yaşlı Tarik Əziz vəfat edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, infarkt keçirmiş T.Əziz Nasiriya hospitalında günün ikinci yarısında dünyasını dəyişib.

Qeyd edək ki, 2010-cu ildə Tarik Əzizə ölüm cəzasına məhkum olunmuşdu. Lakin prezident Cəlal Talabani qərara imza atmayaraq, faktiki olaraq Əzizi əfv etmişdi. Bir il sonra isə İraq Ali Məhkəməsi Tarik Əzizi ömürlük həbs cəzasına məhkum etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR