Beyləqan sakini özünü güllələyib

Beyləqan sakini özünü güllələyib
# 17 dekabr 2014 10:35 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Beyləqan rayon sakini özünü gülləyib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 16-da Beyləqan rayonunun Orta Əlinəzərli kəndinin meşə zolağında kənd sakini Məhəmmədəli Abdullayev ehtiyatsızlıq nəticəsində ov tüfəngindən açdığı atəşlə özünə xəsarət yetirib. Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən M. Abdullayevdən müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi götürülüb. M. Abdullayev xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR