Almaniyada ABŞ ilə imzalanacaq azad ticarət haqqında müqavilənin əleyhinə izdihamlı etiraz aksiyaları keçirilib

Almaniyada ABŞ ilə imzalanacaq azad ticarət haqqında müqavilənin əleyhinə izdihamlı etiraz aksiyaları keçirilib
# 18 aprel 2015 20:36 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ölkədə təşkil olunan etiraz aksiyaların əlaqələndiricisi Attaс Deutschland təşkilatıdır.

Məlumata görə, Münhendə təşkil olunan aksiyada 20 min, Leypsiqdə 1000, Ştutqartda 2000 etirazçı iştirak edib. Etiraz aksiyaları həmçinin Ulma (1200 etirazçı), Kil (600) və Berlində (4000) keçirilib.

Berlində 4 minədək etirazçı cərgəyə düzülərək Kanada səfirliyindən (ABŞ səfirliyinin qarşısından keçməklə) Aİ-nin Almaniyadakı nümayəndəliyinədək “canlı sədd” yaradıblar. Bundan sonra etirazçılar cərgə boyu aksiyanın bəyanatını bir-birinə ötürərək imzalayıblar və Aİ-nin Almaniyadakı nümayəndəliyinə təqdim ediblər. Bəyanatda imzalanması bu il gözlənilən sazişdən imtina çağırışı ifadə olunub.

Almaniyanın bir çox şəhərlərində bu gün keçirilən etiraz aksiyalara “Solçular” və “Yaşıllar” müxalifət partiyaları, həmkarlar ittifaqları, ictimai birliklər qatılıb.

Qeyd edək ki, ticarət və investisiyalar haqqında Transatlantik saziş (TTIP - Transatlantic Trade and Investment Partnership) ətrafında qapalı danışıqlar 2013-cü ilin iyulundan davam edir. Saziş layihəsinin bu il hazırlanması gözlənilir. Bundan sonra saziş Avropa Parlamenti və Aİ ölkələrinin parlamentləri tərəfindən 1,5 il ərzində təsdiqlənməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR