MSK Ümid Partiyasının namizədinə müsbət, Müsavat Partiyasının namizədinə isə mənfi cavab verib

MSK Ümid Partiyasının namizədinə müsbət, Müsavat Partiyasının namizədinə isə mənfi cavab verib
# 28 sentyabr 2015 13:58 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.


APA-nın məlumatına görə, iclasda bəzi seçki komissiyaların tərkibinə dəyişiklik edilməsi barədə qərar qəbul edilib, boş qalmış yerlərə namizədlər irəli sürülüb.

Sonra MSK-ya daxil olmuş müraciətlərə baxılıb. MSK katibi Arifə Müxtarova bildirib ki, Ümid Partiyasının sədri İqbal Ağazadə partiyanın namizədi Anar İsayevin hüquqlarının pozulması barədə müraciət edib. Müraciət araşdırılıb və DSK-nın qərarı ləğv edilərək A. İsayevin namizədliyinin qeydə alınması barədə qərar qəbul olunub.

Sonra Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülən Vəfa Abbasovanın (Cümşüdlü) namizədliyinin DSK tərəfindən qeydə alınmaması ilə bağlı şikayətə baxılıb. Araşdırma nəticəsində məlum olub ki, V. Cümşüdlünün 550 seçici imzasından 133-ü etibarsızdır. Buna görə də 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən namizədliyi irəli sürülən Müsavat Partiyasının Divan üzvü V. Cümşüdlünün namizədliyi qeydə alınmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR