Masallıda fərdi ev yanıb

Masallıda fərdi ev yanıb
# 03 mart 2013 18:55 (UTC +04:00)

Masallı. Ağəddin Babayev – APA. Azərbaycanın Masallı rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə martın 3-də saat 17.00 radələrində rayonun Yeddioymaq kənd sakini, 1960-cı il təvəllüdlü Nüsrət Murad oğlu Abbasova məxsus fərdi yaşayış evində qeydə alınıb.

Hadisə yerinə iki yanğınsöndürən maşının cəlb edilməsi ilə yanğının həyətdəki yardımçı tikililərə və tövləyə keçməsinin qarşısı alınıb.

Yanğın nəticəsində xəsarət alan olmasa da, ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 2 otaqlı ev içindəki məişət əşyaları ilə birlikdə yanaraq yararsız vəziyyətə düşüb.

Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR