Narkotik vasitələrin gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb

Narkotik vasitələrin gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb
# 12 noyabr 2015 08:01 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Əkbər Məmmədov gömrük nəzarətindən keçərkən ona məxsus sellofan torbanın içərisindəki plastik qabda 1500 ml həcmində metadon məhlulu aşkar olunub.

Bu barədə “APA-Economics”ə Dövlət Gömrük komitəsindən məlumat verilib.

Bundan başqa, İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Əhməd Məmmədova məxsus sellofan torbada olan və üzərində “20 Eff. Tablets VITAMIN C” sözləri yazılmış dərman qutusunda isə 99 ədəd həbdən ibarət metadon adlı dərman preparatı aşkar edilib. “Yəni, bir qəbildən olan malın digər şəklə salınaraq gömrük nəzarətindən keçirilməsinə cəhdin qarşısı alınıb”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, hər iki faktla bağlı təhqiqat aparılır.

Xatırladaq ki, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir. 1500 ml məhlulda metadonun quru maddəsinin ümumi miqdarı 1,5 qram, 99 ədəd həbdə isə metadonun təsiredici maddəsinin ümumi miqdarı 1,98 qram təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR