Beyləqan rayonunda Xocavənd şəhidlərinin xatirəsinə ucaldılmış xatirə kompleksi ziyarət edilib

Beyləqan rayonunda Xocavənd şəhidlərinin xatirəsinə ucaldılmış xatirə kompleksi ziyarət edilib
# 02 oktyabr 2015 11:24 (UTC +04:00)

APA-nın Qarabağ bürosunun məlumatına görə, Xocavənd rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri Xocavəndin işğal olunmasının 23-cü ildönümü ilə bağlı kompleksi ziyarət edib. Tədbirdə çıxış edənlər bildiriblər ki, rayon 1992-ci il oktyabrın 2-də erməni silahlı birləşmələri tərəfindən işğal olunub. Ermənistan Silahlı Qüvvələrinin 1458 kvadrat kilometr ərazini işğal etməsi nəticəsində 1 şəhər, iki şəhər tipli qəsəbə və 81 kənd erməni ordusunun nəzarəti altına keçib.

Anım tədbiri rayon mədəniyyət evinin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam etdirilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR