Deputat qəbul keçirib - FOTO

Deputat qəbul keçirib - <span style="color: red;">FOTO
# 24 aprel 2015 08:56 (UTC +04:00)

Bakı - APA. Milli Məclisin deputatı Novruz Aslanov aprelin 23-də seçiciləri ilə görüşmək məqsədilə İsmayıllı rayonuna səfər edib.

Deputatın qərargahından APA-ya verilən məlumata görə, N. Aslanov İsmayıllı şəhərində yerləşən qərargahında hər bir seçicini fərdi qaydada qəbul edib, onların problemləri ilə maraqlanıb.

Qəbula gələn sakinlərin qaldırdığı məsələlər, əsasən, müalicə və müayinə, məişət problemləri və digər sosial yönümlü problemlər barədə olub.

Bəzi məsələlər yerində həll edilib, digərləri ilə bağlı deputat əlaqədar qurumlara müraciətlərin ediləcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR