Suriyada üsyançıların liderinə qarşı sui-qəsd törədilib

Suriyada üsyançıların liderinə qarşı sui-qəsd törədilib
# 25 mart 2013 17:15 (UTC +04:00)

Bakı-APA. Suriya üsyançılarının liderlərindən biri, polkovnik Riad Əsəədə qarşı sui-qəsd törədilib. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, sui-qəsd nəticəsində ağır yaralanmış üsyançı lider Türkiyə xəstəxanasına çatdırılıb, onun sağ ayağı amputasiya edilib.

Məlumata görə, onun avtomobili raket zərbəsinə məruz qalıb. Qeyd edək ki, Əsəəd 2011-ci ildə, hələ münaqişə başlanan zaman, üsyançı düşərgəsinə keçən ilk zabitlərdən biridir. O Azad Suriya ordusunun yaradılmasında fəal iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR