Bakıda "Şimal-Cənub” dəhlizi çərçivəsində görülən işlər müzakirə edilib

Bakıda "Şimal-Cənub” dəhlizi çərçivəsində görülən işlər müzakirə edilib
# 10 iyun 2016 15:04 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün Bakıda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov İran yol və şəhərsalma nazirinin müavini və İranın Nəqliyyat İnfrastrukturunun Tikintisi və İnkişafı Şirkətinin icraçı direktoru Əli Nurzadın başçılıq etdiyi nümayəndə heyəti ilə ikitərəfli görüş keçirib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, görüşdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində 20 aprel 2016-cı ildə Astara çayı üzərində 82,5 metr uzunluğunda dəmir yolu körpüsünün təməlqoyma mərasimindən sonrakı vəziyyət, Astara stansiyasından İran dövlət sərhəddinə qədər birxətli 8, 3 km uzunluğunda yeni dəmir yolu xəttinin tikintisi eyni zamanda İran tərəfdə görülən işlər müzakirə olunub.

C. Qurbanov bildirib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirəcək. Ölkənin tranzit potensialının artırılması istiqamətində görülən işlər “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin ölkəmizin ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsini zəruri etmişdir. Bu məqsədlə Azərbaycan prezidenti İlham Əliyev 7 dekabr 2015-ci ildə “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəmcma uyğun olaraq işlər davam etdirilir.

İran İslam Respublikasının Yol və Şəhərsalma nazirinin müavini və İranın Nəqliyyat İnfrastrukturunun Tikintisi və İnkişafı Şirkətinin icraçı direktoru Ə. Nurzadın Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan və İran arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcəyini söyləyib. Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR