Ukraynada naməlum şəxslər tərəfindən girov götürülmüş həmyerlimiz buraxılıb

Ukraynada naməlum şəxslər tərəfindən girov götürülmüş həmyerlimiz buraxılıb
# 25 iyun 2015 13:43 (UTC +04:00)

Luqansk Azərbaycanlıları Konqresinin üzvü, A. Həsənovun yaxını Cəmil Haqverdiyev APA-ya bildirib ki, Ukrayna vətəndaşı, əslən Şəkidən olan A. Həsənov hazırda Rusiyanın Rostov şəhərindədir.

C. Haqverdiyevin sözlərinə görə, naməlum şəxslər A. Həsənovun yaşadığı Pervomaysk şəhərindən kənarda meşəliyin arasında keçən avtomobil yolunda qarşısını kəsərək girov götürüblər. Üzləri maskalı olsa da, qollarında Ukrayna gerbi və bayrağı olub. “Düz bir aya yaxın onu həmin meşəlikdə saxlayıblar. Hər gün işgəncə verərək külli miqdarda pul tələb ediblər. Vəziyyət o yerə çatıb ki, Abdulla canından bezərək damarını kəsib, amma onu ölməyə qoymayıblar. Sonda razılığa gələrək buraxıblar və hazırda o, Rostovdadır. Vəziyyəti olduqca ağırdır”.

Hazırda Ukrayna hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır. C. Haqverdiyev deyib ki, belə hal bir neçə dəfə Ukrayna geyimli döyüşçülər tərəfindən baş verdiyi üçün hüquq-mühafizə orqanları belə şəxslərin axtarışına başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR