Tatarıstanda azərbaycanlı diaspor rəhbəri onun adından ermənilərə başsağlığı məktubu göndərildiyini təkzib edib: "Şoka düşdüm"

Tatarıstanda azərbaycanlı diaspor rəhbəri onun adından ermənilərə başsağlığı məktubu göndərildiyini təkzib edib: "Şoka düşdüm"
# 27 aprel 2015 11:18 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli-Mədəni Muxtariyyətinin Tatarıstan Respublikası üzrə sədri Sübhan Əhədzadə onun erməni diasporunun sədri Ara Abramyana qondarma soyqırımı ilə bağlı başsağlığı göndərdiyi iddiasına cavab olaraq deyib.

O, aprelin 18-dən Azərbaycanda olduğu halda aprelin 24-də onun adından bu mövzuda məktub göndərilməsinin məntiqsiz olduğunu bildirib. Diaspor rəhbərinin sözlərinə görə, məktubun göndərildiyi elektron ünvan da ona aid deyil: “Mən Azərbaycanda Təhsil, Mədəniyyət və Turizm Nazirliklərində görüşlər keçirmişəm. Biz Kazan Dövlət Universitetinin həyətində Mirzə Kazım bəyin heykəlinin açılışını edəcəyik. Bu işlə əlaqədar buraya gəlmişəm. Mən heç kəsə başsağlığı verməmişəm. Bu olmayıb, ola da bilməz. Mən özüm tarixçiyəm. “Erməni soyqırımı” yalan bir iddia olduğunu bilirəm. Ola bilər ki, bu orada mənim əleyhimə olan insanların əli ilə edilib”.

Sübhan Əhədzadə onların təşəbbüsü ilə Xocalı faciəsi ilə bağlı dəfələrlə məscidlərdə ehsan verildiyini, böyük kinoteatrda Xocalı faciəsi ilə bağlı filmlər nümayiş etdirildiyini qeyd edib: “Mən Tatarıstana qayıdanda bu işi araşdıracağam. Mən Ara Abramyanı tanımıram. Tanısam belə, onlar bizim başımıza olmazın oyununu açıblar, Xocalı, Qarabağ faciələrini törədiblər. Yalançı bir soyqırımı haqqında onlara necə başsağlığı verə bilərəm. Mənə bu barədə deyiləndə şoka düşdüm".

Xatırladaq ki, sosial şəbəkələrdə Tatarıstanda diaspor rəhbəri olan Sübhan Hacıyevin adından Rusiya erməniləri birliyinin sədri Ara Abramyana qondarma “erməni soyqırımı”nın 100 illiyi ilə bağlı göndərdiyi iddia edilən başsağlığı məktubu yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR