Fövqəladə hallar nazirinin müavini Kimyəvi Silahların Qadağan olunması Təşkilatının baş direktoru ilə görüşüb

Fövqəladə hallar nazirinin müavini Kimyəvi Silahların Qadağan olunması Təşkilatının baş direktoru ilə görüşüb
# 26 aprel 2013 15:09 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə Kimyəvi Silahların Qadağan olunması Təşkilatının baş direktoru Ahmet Üzümcünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə APA-ya FHN-dən məlumat verilib.

Görüş zamanı nazir müavini FHN və onun qurumları, eyni zamanda, fövqəladə halların idarə edilməsi sahəsində zəngin təcrübəyə malik dövlətlərin müvafiq qurumları ilə, habelə beynəlxalq və regional təşkilatlarla əlaqələrin inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışıb.

A. Üzümcü rəhbərlik etdiyi təşkilat ilə Azərbaycan FHN arasında mövcud əməkdaşlıqdan razılığını vurğulayıb. Kimyəvi təhlükəsizlik sahəsində kadr potensialının artırılması və gələcəkdə keçiriləcək təlimlərə FHN-in mütəxəssislərinin cəlb olunması üçün hər cür dəstək göstəriləcəyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR